tənzimləmə xətləri

Bina, tikili və qurğuların qırmızı xətdən və ya torpaq sahəsinin sərhədindən normativ-texniki tələblərə uyğun olaraq yerləşdirilməsi xətləri

tənbəki
tənzimlənən qiymət
OBASTAN VİKİ
Blaşko xətləri
Blaşko xətləri olduqca nadir görünür və ilk olaraq 1901-ci ildə alman dermatoloqu Alfred Blaşko tərəfindən təqdim edilən, açıqlana bilməyən bir insan anatomiyası fenomenidir. Nə müəyyən bir xəstəlik, nə də bir xəstəliyin təxmin edilə bilən əlamətidir. Bir çox köçürülən və əldə edilən bədən, ya da mukoz xəstəliyi özlərini, lentlərinin vizual görünüşünü yaradan naxışlara görə izah edirlər. Onları daha müəyyən hala gətirən şey xəstədən, xəstəyə bənzər yaxınlıqda uyğunlaşmalaradır, ümumiyyətlə, onurğa ətrafında V şəklində sinə, qarın və yan tərəflər ətrafında S şəklində forma götürər. == Əlamətləri == Ən ilginci isə gedən cəsəd sindromudur. Bu xəstəliyin daşıyıcıları ölü olduqlarına inanırlar. Bu bir ağılı depressiya və intihar meylləri sindromudur. Belə ki, bu vəziyyətdə xəstə hər şeyini itirmiş olmaqdan şikayət edir. Onlar ehtiraslarını, bədəninin bir qismini ya da hamısını, ümumiyyətlə öldüyünü və gedən bir cəsəd olduğunu düşünürlər. Şizofreniyaya tutulanlar da öldüklərini, ətlərinin çürüdüyünü, bəzən də həyati orqanlarının ya da qanının olmadığını düşünürlər.Bəzən bu, xəstənin bədənində qurdların gəzişdiyini iddia etmə dərəcəsinə qədər uzanar.
Naska xətləri
Naska xətti — Perunun cənub hissəsində, Naska dağ yamacında nəhəng həndəsi və fiqurlu geoqliflər. Şimaldan cənuba 50 kilometr, qərbdən şərqə 5-7 kilometr uzanan dağ yamacında 30-a qədər heroqlif rəsmlər (quş, meymun, hörümçək, güllər və s.); həmçinin 13 min xətt və 700-ə qədər həndəsi fiqur şəkilləri (əsasən üçbucaq və trapezlər, yüzlərlə spirallar) məlumdur. Həcmlərinə görə ancaq çox yüksək məsafədən görünən bu simvollar özündə əsasən, heyvan və bitkilərin böyük təsvirini birləşdirir. Qədim astronavtlarla bağlı nəzəriyyə olan paleokontakt üzrə bir çox mütəxəssislərin fikrinə görə, bu fiqurlar kosmik gəmilər üçün eniş meydanı funksiyasını daşımışdır. Yer üzündəki müəmmaların ən böyüklərindən biri Naska şəkilləridir. Perunun cənub hissəsindəki Naska düzənliyində 65 kvadrat kilometr ərazidə yayılmış böyük cizgilər, şəkillər var. 30-a qədər heroqlif rəsmlər (quş, meymun, hörmçək, güllər və s.); həmçinin 13 min xətt və 700-ə qədər həndəsi fiqur şəkilləri (əsasən üçbucaq və trapezlər, yüzlərlə spirallar) məlumdur. Üçbucaqlar, düz xətlər, kəsişən xətlər və heyvan şəkilləri təxminən e.ə 650-400-cü illər arasında daşların yerlərindən sökülməsiylə düzəldilmişdir. Ümumiyyətlə bu cizgilərə "İnka" yolları adı verilib, amma bu fikir yalnışdır, çünki bu yollar heç bir yerə aparmır. 1939-cu ildə bir təyyarədən kəşf edildikdən sonra bunların şəkil olması öz təsdiqini tapıb.
Şreger xətləri
Şreqer xətləri fil və mamont dişinin üzərindəki kəşişmə hissələrində görünür və mamontlarda iti bucaqdan və müasir fillərdə kor bucaqdan ibarətdir.
Tənzimləmə Şurası (Polşa)
Tənzimləmə Şurası — Birinci dünya müharibəsi illərində bölünmüş Polşanın yarımüstəqil və müvəqqəti təyin olunmuş ən yüksək hakimiyyət səlahiyyətlərinin sahibi olan qurum. Tənzimləmə Şurası Almaniya və Avstriya-Macarıstan tərəfindən Polşa Krallığının yenidən formalaşdırılmasından sonra 1917-ci ilin sentyabrında yarandı. Şuranın yeni hökmdar və ya nümayəndə təyin olunana qədər fəaliyyət göstərməsi nəzərdə tutulmuşdu. 1918-ci ilin 7 oktyabrında Tənzimləmə Şurası Polşanın müstəqilliyini elan etdi. Daha sonra isə Şura tərəfindən Polşa Krallıq Ordusunun komandanlığı təhvil götürüldü. == Tarixi == Tənzimləmə Şurasının üzvlərinə Varşava arxiyepiskopu Kardinal Aleksandr Kakovski, Şahzadə Zdislav Lybomirski, Varşava Bələdiyyə başçısı və torpaq mülkədarı Yozef Ostrovski daxil idi. Tənzimləmə Şurası yarımüstəqil fəaliyyət göstərdiyi üçün təhsil və hüquqi məsələlərlə məşğul olmaqla məhdudlaşdırılmışdı. 7 oktyabr 1918-ci ildə Polşa müstəqilliyini elan etdi. Həmin ilin 14 noyabrından etibarən bütün səlahiyyətlər Yozef Pilsudskinin əlinə keçdi. O, 22 noyabr 1918-ci ildən etibarən Dövlət Başçısı olaraq adlandırılmağa başlandı.
Elektrik veriliş xətləri
Elektrik veriliş xətti — işlədiciləri elektrik enerjisi ilə təmin etmək üçün elektrik stansiyalarında hasil olunan elektrik enerjisinin ötürülməsi və paylanmasını həyata keçirən qurğulardır. == Elektrik verilişi xətlərinin gərginlik sinifləri == Şəbəkənin xarakteristikasından, xəttin uzunluğundan, işlədicilərin sayından və s. asılı olaraq EVX-ləri aşağıdakı gərginlik siniflərinə ayrılır: Alçaq gərginlikli - (1 kV – dan aşağı gərginlik) Orta gərginlik - (1 kV – dan 35 kV – dək olan diapazondakı gərginlik) Yüksək gərginlikli - (110 ÷ 220 kV – dək olan diapazondakı gərginlik) İfrat yüksək gərginlikli - (330 kV – dan 750 kV – dək olan diapazondakı gərginlik) Ultra yüksək gərginlikli - (750 kV – dan yüksək olan gərginlik) == Elektrik verilişi xəttinin konstruktiv quruluşu == EVX konstruktiv quruluşuna görə aşağıdakılara bölünür: Hava EVX - cərəyanın ötürülməsi xüsusi dayaqlar üzərində çəkilmiş məftillər vasitəsi ilə həyata keçirilir. Kabel EVX - cərəyanın ötürülməsi xüsusi kabel kanallarında, torpaqda və s. quraşdırılmış güc kabelləri vasitəsilə həyata keçirilir. == Hava elektrik veriliş xətti == Hava elektrik veriliş xətti elektrik enerjisinin dayaqlardakı izolyatorlardan asılmış məftillər vasitəsilə ötürülməsinə və paylanılmasına xidmət edən qurğudur. === Hava elektrik verilişi xətti konstruktiv elementləri === Elektrik enerjisini ötürən məftillər Məftilləri atmosfer (ildırım) ifrat gərginliklərindən mühafizə edən troslar Məftilləri yer və su səthindən müəyyən məsafədə saxlayan dayaqlar Məftilləri dayaqlardan izolə edən izolyatorlar Məftilləri, izolyatorları və dayaqları bir-biri ilə əlaqələndirən armaturlar Dayaqların, trosların, izolyatorların ağırlığını öz üzərinə götürən özüllər Dayaqların torpaqlama sistemləriHava elektrik veriliş xətlərinin məftil və trosları müəyyən yerlərdə (xəttin çəkilmə şəraitindən asılı olaraq) aknker dayaqlara sərt bərkidilməli və lazımi qədər çəkilməlidir. Anker dayaqları arasında məftil və trosları müəyyən hündürlükdə saxlamaq üçün aralıq dayaqları qurulur. Dayaqlarda iki qonşu bərkidilmə nöqtəsi arasındakı ən kiçik məsafəyə aşırımın uzunluğu və ya aşırım (l) deyilir. Məftilin ən çox sallanma şəraitində onunla yer arasındakı ən kiçik məsafəyə qabarit məsafəsi (h) deyilir.
Kəsilmə sorğusu xətləri
Kəsilmə sorğusu xətləri( ing. interrupt request lines (IRQ) ~ ru. линии запроса прерывания ~ tr. kesme isteği hatları) – kəsilmələri (xidmət haqqında sorğuları) qurğulardan (məsələn, giriş-çıxış portlarından, klaviaturadan, disksürəndən) mikroprosessora göndərən aparat vasitələri kanalları. Kəsilmə sorğusu xətləri kompüterin aparat vasitələrində quraşdırılıb və onlara müxtəlif səviyyəli öncəliklər (prioritetlər) verilib, buna görə də mikroprosessor daxil olan kəsilmənin nisbi vacibliyini müəyyənləşdirə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Elektrik veriliş xətləri (EVX)
Elektrik veriliş xətti — işlədiciləri elektrik enerjisi ilə təmin etmək üçün elektrik stansiyalarında hasil olunan elektrik enerjisinin ötürülməsi və paylanmasını həyata keçirən qurğulardır. == Elektrik verilişi xətlərinin gərginlik sinifləri == Şəbəkənin xarakteristikasından, xəttin uzunluğundan, işlədicilərin sayından və s. asılı olaraq EVX-ləri aşağıdakı gərginlik siniflərinə ayrılır: Alçaq gərginlikli - (1 kV – dan aşağı gərginlik) Orta gərginlik - (1 kV – dan 35 kV – dək olan diapazondakı gərginlik) Yüksək gərginlikli - (110 ÷ 220 kV – dək olan diapazondakı gərginlik) İfrat yüksək gərginlikli - (330 kV – dan 750 kV – dək olan diapazondakı gərginlik) Ultra yüksək gərginlikli - (750 kV – dan yüksək olan gərginlik) == Elektrik verilişi xəttinin konstruktiv quruluşu == EVX konstruktiv quruluşuna görə aşağıdakılara bölünür: Hava EVX - cərəyanın ötürülməsi xüsusi dayaqlar üzərində çəkilmiş məftillər vasitəsi ilə həyata keçirilir. Kabel EVX - cərəyanın ötürülməsi xüsusi kabel kanallarında, torpaqda və s. quraşdırılmış güc kabelləri vasitəsilə həyata keçirilir. == Hava elektrik veriliş xətti == Hava elektrik veriliş xətti elektrik enerjisinin dayaqlardakı izolyatorlardan asılmış məftillər vasitəsilə ötürülməsinə və paylanılmasına xidmət edən qurğudur. === Hava elektrik verilişi xətti konstruktiv elementləri === Elektrik enerjisini ötürən məftillər Məftilləri atmosfer (ildırım) ifrat gərginliklərindən mühafizə edən troslar Məftilləri yer və su səthindən müəyyən məsafədə saxlayan dayaqlar Məftilləri dayaqlardan izolə edən izolyatorlar Məftilləri, izolyatorları və dayaqları bir-biri ilə əlaqələndirən armaturlar Dayaqların, trosların, izolyatorların ağırlığını öz üzərinə götürən özüllər Dayaqların torpaqlama sistemləriHava elektrik veriliş xətlərinin məftil və trosları müəyyən yerlərdə (xəttin çəkilmə şəraitindən asılı olaraq) aknker dayaqlara sərt bərkidilməli və lazımi qədər çəkilməlidir. Anker dayaqları arasında məftil və trosları müəyyən hündürlükdə saxlamaq üçün aralıq dayaqları qurulur. Dayaqlarda iki qonşu bərkidilmə nöqtəsi arasındakı ən kiçik məsafəyə aşırımın uzunluğu və ya aşırım (l) deyilir. Məftilin ən çox sallanma şəraitində onunla yer arasındakı ən kiçik məsafəyə qabarit məsafəsi (h) deyilir.
Azərbaycan Enerji Məsələlərini Tənzimləmə Agentliyi
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) — Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli, 1750 nömrəli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində yaradılmış publik hüquqi şəxs. Həmin Fərmanın 1-ci bəndinə əsasən, Agentliyin "Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında" yaradıldığını nəzərə alaraq, həmin qurumlar ləğv edilməklə onların aktiv və passivləri Agentliyə ötürülmüşdür.Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələri Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əsas fəaliyyət istiqamətləri olaraq müəyyənləşdirilmişdir. Agentliyin fəaliyyəti üçün "Energetika haqqında", "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında" və "Elektrik və istilik stansiyaları haqqında" qanunlara dəyişiklik edilərək Agentliyə müvafiq qurumlar tərəfindən haqq ödənilməsi üçün hüquqi baza yaradılmış, Energetika Nazirliyi tərəfindən həmin haqların ödənilməsi qaydası müəyyən edilmiş, Agentliyin ştat cədvəli və xərclər smetası Energetika Nazirliyinin 1 mart 2018-ci il tarixli, 26 nömrəli Əmri ilə təsdiq edilmiş və Agentlik 2018-ci ilin aprel ayından funksional fəaliyyətə başlamışdır. Nizamnaməyə uyğun olaraq, Agentlik tərəfindən həyata keçirilən nəzarətin prosedurlarını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2018-ci il tarixli, 204 nömrəli Fərmanı ilə "Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası" təsdiq edilmişdir. Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyəti üçün tələb olunan hüquqi və institusional islahatların işlənib-hazırlanması və həyata keçirilməsi prosesi Azərbaycan Respublikası Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankının "Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək" layihəsi çərçivəsində müasir beynəlxalq standartlara və qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanılaraq aparılır.Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Mingəçevir, Şəki, Tovuz, Xaçmaz, Kürdəmir və İmişlidə yerləşən 11 regional filialı fəaliyyət göstərir.Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycanda elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini, müəssisələrin fəaliyyətinin təhlilini, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanmasını, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilini həyata keçirir.Agentlik idarə Heyəti tərəfindən idarə olunur. İdarə Heyəti agentliyə rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi üç nəfərdən: energetika naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr və onun iki müavinindən ibarətdir.İdarə Heyətinin sədri Samir Axundov, sədr müavinləri isə Rövşən İsmayılov və Ramin Babayevdir.AERA Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) assosiativ üzvüdür.
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (Azərbaycan)

Könüllü ordu ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında demarkasiya xətləri
Könüllü ordu ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında demarkasiya xətləri — Anton Denikinin Könüllü ordusunun işğal etdiyi ərazilərdə Azərbaycan Xalq Cümhuriyyəti arasında müəyyən olunmuş sərhəd nişanları. Könüllü ordunun işğalı nəticəsində Dağlılar Respublikasının süqutu Azərbaycan üçün ciddi təhlükə yaradırdı. == Demarkasiya xəttinin yaradılması == Denikin Azərbaycan sərhədlərinə yaxınlaşırdı. Bunu nəzərə alan Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi müttəfiq qoşunların komandanlığına müraciət edərək, cənuba doğru irəliləyən bu ordunun qarşısının alınması və onun hissələrinin Dağıstandan çıxarılması üçün tədbirlər görülməsini tələb etdi. 1919-cü ilin, yanvarında Bakıdakı Böyük Britaniya qoşunlarının baş komandanı general Uilyam Tomson Qafqaz dağları boyunca Dağıstanın şimal hissəsindən keçən demarkasiya xəttini müəyyənləşdirmişdi. Lakin buna məhəl qoymayan Denikinin Könüllü ordusu Dərbəndi tutdu. Azərbaycanla Könüllü ordu arasında demarkasiya xətti pozuldu. Yeni demarkasiya xəttinin müəyyənləşdirilməsinə və Könüllü ordunun bu xətdən geri çəkilməsi haqqında ingilis komandanlığının tələbinə baxmayaraq, Denikinin hərbi qüvvələri Dərbənddə və bütün Dağıstanda qalmaqda davam edirdi. Bundan ciddi narahat olan Cümhuriyyət hökümətinin başçısı Nəsib bəy Yusifbəyli Cənubi Qafqazda ingilis qoşunlarının komandanı general Q.Kori ilə görüşmüşdü. General Q.Kori 1919-cu il iyunun 11-də Nəsib bəy Yusifbəyliyə göndərdiyi məktubunda general Denikinlə Cənubi Qafqaz respublikaları arasında yeni demarkasiya xəttinin keçdiyi əraziləri müəyyənləşdirmişdi.